Atletlərimiz Əli Şükürlü və Dadaş Dadaşbəyli Norveçin Förde şəhərində keçirilən dünya çempionatında çıxış ediblər. 110 kq çəki dərəcəsində yarışan təmsilçilərimizdən Dadaş Dadaşbəyli toplamda 385 kq (173 + 212) nəticə göstərib və 13-cü yerdə qərarlaşıb. Dadaşbəyli zədə səbəbindən 6 yanaşmadan yalnız 2-də körpücük üzərinə çıxıb.
Digər təmsilçimiz Əli Şükürlü isə B qrupunda mübarizə aparıb. Birdən qaldırma hərəkətində 182 kq göstərici ilə ən yaxşı nəticəyə imza atan Əli, təkanla qaldırma hərəkətində yanaşmaları uğursuz icra edib.








