Atletimiz İsa Rüstəmov Norveçin Förde şəhərində keçirilən dünya çempionatında mübarizə aparıb. 71 kq çəki dərəcəsində yarışan İsa, iki hərəkətin cəmində 328 kq (148 kq +180 kq) nəticə göstərib. Rüstəmov bu nəticə ilə dünya çempionatını 6-cı pillədə başa vurub.







