Aslan Əmiraslanov Avropa birinciliyində çıxış edib

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. Bugün atletlərimizdən Aslan Əmiraslanov 88 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Təmsilçimiz toplamda 265 kq (120 + 145) nəticə ilə Avropa birinciliyini 8-ci yerdə başa vurub.

Paylaş
Şərh yaz