Maraqlı – Azərbaycan Ağır Atletika Federasiyası

Azərbaycan ağır atletikasının “qızıl oğlan”ı – Portret
Azərbaycanın ən köklü və ən populyar qəzetlərindən biri olan “Kaspi” qəzetində gənc atletimiz Rəhman Kazımov haqqında məqalə dərc olunub. Onu ağır atletikamızın “qızıl oğlan”ı adlandıran nəşrin həmin yazısını sizə təqdim edirik!

Azərbaycan ağır atletikasının “qızıl oğlan”ı – Portret

Amerikada tarixi ilkə imza atan Rəhman Kazımov, dünya rekordlarını hədəfləyib

“Tokio 2020” yaxınlaşdıqca, həyəcanımız da artır. Bu günə qədər lisenziya sayının gözləniləndən bir xeyli aşağı olması, idmansevərləri əməlli-başlı qayğılandırır. Lakin vəziyyəti dəyişmək üçün qarşıda hələ çox şans olacaq. Ənənəvi rekord yenilənməsi real səslənməsə də, qənaətbəxş bir sayla təmsil olunacağımıza ümid az deyil. Təəssüf ki, ötən olimpiadalardan fərqli olaraq, Tokioda bəzi növlər üzrə fərqlənməyimiz, ümumiyyətlə, inandırıcı deyil. Məsələn, ağır atletika. İndiki halda, ənənəsi olan bu idman növündə bir lisenziya belə, böyük uğur sayılacaq. Səbəbləri haqqında əvvəlki saylarımızda geniş söhbət açılıb. Odur ki, budəfəki buraxılışımızda gələcəyimiz hesab edilən daha bir gəncin qısa da olsa, maraq doğuracaq hekayəsinə nəzər salacağıq. Vur-tut dörd illik zamana dayanan karyerasında, o, artıq bir tarixi ilkə də imza atıb.

Pəhləvanlıq ənənəsi olan ailə

Yeniyetmələr arasında ilk dünya “qızıl”ımızın müəllifi olan Kazımov Rəhman Fazil oğlu 26 aprel 2002-ci ildə, pəhləvanlıq ənənəsinə malik ailədə dünyaya göz açıb. Atası, əmiləri vaxtilə daş qaldırma, güləşlə məşğul olub. Bununla belə, Rəhmanın potensialı bir qədər gec kəşf edilib. Daha əvvəl qısa müddət futbola gedən mundialın kiçik “qızıl” mükafatçısı, təsadüf nəticəsində ağır atletikaya gəlib. Belə ki, bir sinifdə oxuduğu Ömər Cavadov, ona məşğul olduğu növ haqqında danışaraq, Rəhmanı özü ilə birgə məşq elədiyi zala aparır. Beləcə, 14 yaşlı Kazımov elə həmin gündən Turan Abdullayevlə çalışmalara başlayır. 25 yaşlı gənc məşqçi ilə söhbətimizi qısa variantda təqdim edirik: “Ömər onu həm özünün, həm də mənim müəllimim olan Ağakərim müəllimin yanına gətirmişdi. İş elə gətirdi ki, onu mən götürəsi oldum. Açığı, o vaxtlar çox təcrübəsiz idim. Düşünürdüm, bu məsuliyyətin altından çıxa bilməyəcəyəm. Rəhman kimi uşaqların sayəsində getdikcə işə alışdım. Rəhman, ümumiyyətlə, çox məsuliyyətlidir. Məşqə məndən əvvəl gəlib, zaldan ən axırda çıxardı. Düzü, ilk görəndə fiziki durumu ürəyimcə olmamışdı. Öz-özümə demişdim, bununla işimiz çətin olacaq. Lakin elə ilk tapşırığı yerinə yetirəndə yanıldığımı hiss elədim. Elastikliyi, ştanqa münasibəti xoşuma gəlmişdi. Ən önəm verdiyim cəhəti isə qane olmasıdır. Yadımdadır ki, Azərbaycan çempionatında ikinci olanda çox təəssüf keçirmişdim. Düşünürdüm ki, birincilik onun haqqı idi. Ürək-dirək vermək üçün yaxınlaşanda, fərqli mənzərə ilə qarşılaşdım. Birbaşa dedi ki, buna da şükür, müəllim. Adətən əksini söyləsələr də, məncə, bu, idmanda – hələ azyaşlı ağırlıqqaldıran üçün – önəmli faktordur. Məsələn, özüm barışmaz olmuşam. Fəsadlarını bildiyim üçün deyirəm”.

Kosovoda yazılan tarixin iştirakçısı

Azərbaycanın yeni nəsil ağır atletləri arasında ən perspektivlilərdən sayılan Rəhman, yeniyetmə və gənclər arasında dəfələrlə ölkə çempionatlarının, respublika kubokunun mükafatçısı olub. İlk belə uğuru isə 2017-ci ilə təsadüf edib. Belə ki, o, ölkə çempionatında liderdən cüzi fərqlə geri qalaraq, gümüş medal qazanır. Bununla belə, o da çempionla birgə yığma komandaya cəlb edilir. Qısa vaxtda özünü doğruldaraq, Kosovoda keçirilən Avropa birinciliyinə aparılan Rəhman, Azərbaycan ağır atletika tarixində xüsusi yer tutan qitə yarışının qəhrəmanlarından biridir. 15 yaşadək yeniyetmələr arasında +94 kiloqram çəki dərəcəsində çıxış edən Kazımov, birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək, 115 kq göstərici ilə ikinci nəticə göstərirsə, təkanla qaldırmada 149 kq ağırlığın öhdəsindən gəlib üçüncü sırada qərarlaşır. 264 kq-lik nəticə ilə o, toplamda da mükafatçılar arasına düşür – gümüş medal.

Amerika fatehi!

Ötən ilin 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində bir sıra əlamətdar hallar yaşandı. 44 ölkədən 200-dək atletin çıxış etdiyi yarışda Azərbaycan yığması cəmi 5 nəfərlə mübarizə aparsa da, sonda ilk “beşlik”də yer almağa müvəffəq oldu. Oğlanlar arasında komanda hesabında beşinci olduqsa, ümumi sıralamada ilk “onluğ”u qapadıq. Bu da ilk belə hadisə idi. Belə ki, indiyədək yeniyetmələr arasında heç bir DÇ-də hər hansı komandamız “beşliy”ə qədər irəliləməmişdi. Birdən qaldırma hərəkətini 131 kq nəticə ilə başa vuran, toplamda 305 kiloqram göstəriciyə nail olaraq dördüncü yeri tutan Rəhmanın, təkanla qaldırmadakı birinciliyi isə yuxarıda qeyd etdiyimiz kimi, tarixə bir ilk kimi düşdü. Bunun məntiqi yekunu olaraq, +102 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Kazımov, Azərbaycan üzrə 2019-cu ilin ən yaxşı ağır atleti adına sahib çıxıb.

Mövzunun davamı olaraq, vurğulayaq ki, DÇ-yədək onun təkanla qaldırmada ən yaxşı nəticəsi 165 kiloqram olub. Yarışdan sonrakı açıqlamasından da məlum olur ki, qızıl medal özü üçün əsl sürpriz olub: “Yarış çox həyəcanlı keçdi. Dünya birinciliyinə 3-cü yeri götürmək ümidi ilə getmişdim. Qızıl medal haqqında heç düşünməmişdim”.

Hədəf: Uzaq Paris, yaxın Buxarest

Bəli, hələ bir neçə il əvvəldən məlum olduğu kimi, mövcud imkanlar Tokio üçün ciddi planlar qurmağa əsas vermirdi. Ağır atletikada bütün diqqətlər “Paris 2024” olimpiadasına yönəlib. DÇ və ona qədər keçirilən yarışların qalib-mükafatçısı olan yeniyetmələr dörd il sonra baş tutacaq zirvə yarışında sözlərini deyə, bayrağımızı dalğalandıra bilərlər. Qısa vaxtda əhəmiyyətli nailiyyətlərlə yadda qalan Rəhman, Nizami Paşayevin adı ilə bağlı olan böyük ənənənin layiqli davamçılarından biri olmaq yolunda inamla addımlayır. Hazırda o, yığmanın sıralarında gənclərin dünya çempionatına hazırlaşır. Gələn ay Buxarestdə keçiriləcək yarışda +109 kq-də körpücük üzərinə çıxacağı şübhə doğurmur. Nəticə barədə proqnozlara gəldikdə, təcrübəsiz olsa da, bizləri təəccübləndirmək ehtimalı az deyil. YDÇ-də ən yaxşı halda “bürünc”ə ümid edən gənc, müvafiq kateqoriyada debütünü də medalla əlamətdar edə bilər.

Cığır açdı…

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kursunda oxuyan Rəhman, tam olaraq işinə fokuslanan gənclərdəndir. Gündəlik həyatının ana xəttini məşqlər müəyyənləşdirir, ibadət edir, əyləncələrə az vaxt ayırır, bəzən isə buna heç zamanı çatmır. Hobbisi olmasa da, kumiri var. Bu, iranlı ikiqat olimpiya, dördqat dünya çempionu və rekordçusu Hüseyn Rezazadədir. “Ən böyük arzum onunla bir səviyyəyə çatmaqdır”, – deyir. Ümumiyyətlə, məşğul olduğu növün yaxın və uzaq tarixi haqqında kifayət qədər məlumatlı olduğu diqqətdən qaçmadı. İdman olsun, ya qeyri sahə, təbii ki, hər bir işdə bu, önəmli məsələdir.

Qısa vaxtda nəinki ailəsinin, bütöv bir nəslin fəxarət yerinə çevrilən Rəhman, artıq özündən sonra bir cığır açıb. Belə ki, kiçik qardaşı Rəhim də ağır atletika ilə məşğul olur. Lakin məşqçilər böyük Kazımovdan fərqli, onun fiziki göstəricilərinin daha çox döyüş idman növlərinə uyğun olduğu qənaətindədir. Hər halda, hadisələri qabaqlamayaq. Pəhləvanlıq ənənəsinə malik ailədə növbəti parlaq simanın formalaşması istisna edilməməlidir.

Portret

Həvəs, məsuliyyət, nikbinlik. Başqa sözlə, karyerasının lap başlanğıcında olan hər bir perspektivli idmançının ən önəmli portret cizgilərinə sahibdir, bizim Rəhman. Bunlar varsa, təbii ki, uğur da olacaq. Necə deyərlər, qaldırdığım yük xoşbəxtlik olsun, yorulmaz qollarım… Olduqca ağır dönəmi geridə buraxan Azərbaycan ağır atletikasının gələcəyi adına, o, əsl ümid işığıdır.

Sahib

Səbinə Əzimova “Flaqman” verilişində qonaq oldu – VİDEO
Azərbaycan qadın ağır atletikasının parlaq ulduzlarından biri, böyük perspektiv və gələcək və edən, yeniyetmələr arasında 3 qat Avropa çempionu, IV İslam Oyunlarının bürünc mükafatçısı, dəfələrlə Azərbaycan çempionatı və Kubokunun qalibi, müxtəlif beynəlxalq yarışların qalib və mükafatçısı Səbinə Əzimova “İdman TV”-nin qonağı olub. O, Azərbaycan idmanın iz qoymuş və bunu etməyə qadir olan atletlərin çəkildiyi “Flaqman” verilişinə çəkilib. Aparıcı Nurlan Hacıyevin aparıcısı olduğu proqram yetərincə maraqlı alınıb. Verilişin videoyazısını sizə təqdim edirik:

Hacı Əskərov – 100!
Azərbaycan ağır atletikası tarixində iz qoymuş, bu idman növünün inkişafında müstəsna xidmətləri olmuş şəxslərdən biri – Hacı Abrek Məşədi Həsən oğlu Əskərovun anadan olmasından 100 il ötür. Bu böyük idman xadiminin xatirəsini yad etmək, onu uca tutmaq hər bir ağır atletika sevərin borcudur. Əskərov bütün həyat yolu, atdığı addımlar, həm təməlini qoyduğu, həm də başa çatdırdığı yüzlərlə işlər, ümumilikdə fəaliyyəti ilə gənc nəsillərə daima nümunə rolunu oynayacaqdır. Azərbaycan ağır atletikası onun kimi böyük insanların əməyi sayəsində zirvələrə yüksəlmiş, adından söz etdirə bilmişdir. Bizim üzərimizə düşən iş isə Hacı Əskərovu unutmamaq, unutdurmamaqdır. Bu səbəbdən Azərbaycan Ağır Atletika Federasiyası sizi onun həyat tarixçəsi ilə tanış edir. Oxuyaraq bu şəxsiyyəti bir daha tanımaq, ona təşəəkür etmək imkanımız olacaqdır.

Ev təhsilindən müəllimliyə qədər

Hacı Abrek Məşədi Həsən oğlu Əskərov 1917-ci il sentyabrın 22-də Gəncə şəhərində anadan olub. Onun atası Məşədi Həsən Hacı Cabbar oğlu I gildiya tacir, anası Hacı Salman bəy İbrahimli qızı Ruhsarə xanım olub. İlkin təhsilini evdə alıb. 1925-32-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936-37-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxətt və bədən tərbiyəsi müəllimi işləyib.

Əlaçı, idmançı, müəllim, rekordçu və…

Həmin dövlərdə Bakıda yradılmış Zaqafqaziya Cismani Mədəniyyət İnstitununun Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (ADBTİ) çevrilməsi ölkədə böyük bir hadisə olmaqla yanaşı, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün gözəl şərait yaratdı və tədris planına əsasən digər ixtisas fənləri ilə bərabər ağır atletika və boks da tədris olunmağa başladı. İdmana olan sevgisi böyük olduğundan təhsilini davam etdirmək üçün 1937-ci ildə ADBTİ-yə daxil olan Əskərovun ağır atletika istedadı ortaya çıxır. O, ilk yarışdaca birdən qaldırma hərəkətində Respublika rekordunu yeniləyir. 1938-ci ildə Naxçıvanda keçirilən Azərbaycan çempionatında yarımyüngül (60 kq-ə qədər) çəkidə qızıl medal qazanır. Bir il sonra Bakıda “Dinamo” idman sarayında keçilən ölkə çempionatında yüngül çəki – 67,5 kq-da yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxır. 1940-cı ilin yanvarında keçirilən Azərbaycan çempionatında 60 kq-da o, birdən qaldırmada 88,6 kq-ı ram edərək yenə də rekordla qızıl medal əldə edir. Həddindən atıq bacarıq və qabiliyyəti ilə tələbə yoldaşlarından fərqlənməsi institut rəhbərliyinin gözündən yayınmır və milli kadr çatışmazlığı üzündən o, 1939-cu ilin sentyabrından həm də aşağı kurs tələbələrinə ağır atletikadan dərs deməyə başlayır. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edir.

…döyüşçü!

Ancaq yaxşı idmançı və müəllim olmaqla bərabər, yaxşı da vətəndaş olan Əskərov müharibəyə qoşulmaya bilməzdi. O, 1941-ci ildə Böyük Vətən Müharibəsin iştirak üçün könüllü şəkildə ordu sıralarına qoşulur. Öncə cəbhəyə hazırlıq məqsədilə Qorki Avto-moto zirehli tank məktəbinə, sonra oradan Sızran Tank Məktəbinə keçirilir. 1942-ci ildə ön cəbhəyə göndərilir və Şimal-Qərb bölgəsində vuruşmağa başlayır, Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirir. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən “Abrek” ləqəbi verilir. Sonradan hərbi titul və mükafatları ona məhz Hacı Abrek adı ilə təqdim edirdilər. Elə idman aləmi və ictimaiyyət də onu belə tanıyıb.

Qəhrəman əzmkarlığı!

Təəssüf ki, Nevel şəhəri ətrafındakı döyüşlər zamanı Hacı Əskərov onurğa sütununda çox ağır yaralanır. O, hospitalda bir ildən çox qarnı üstə yatmalı olur, tərpənə bilmir. Hətta durum o qədər ağır olur ki, həkimlər belə ümidlərini itirirlər. Sonunda tutulmuş ayaqlar, ömürlük əlil arabasına məhkum kimi ordudan təxris edilən Hacı, Vətənə 2-ci qrup əlil kimi qayıdır. Həkimlərin diaqnozu ilə razılaşmayan Əskərov, böyük əzmkarlığı, həyat sevgisi ilə yenidən ayağa qalxa, hətta idmana da qayıda bilir. Cəmi 7 ay ərzində özünün fikirləşdiyi texnika, metod, təmrinlər, sadə alət və mexanimzlərlə yeriməyi öyrənir, fəal həyat yaşamağa başlayır. Motokross və ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu olur.

Böyük insan, böyük şəxsiyyət

Hacı Əskərovun çalışqanlıq və əzmkarlığı sərhəd tanımır. O, 1944-46-cı illərdə Azərbaycan Mərkəzi avto-moto klubunda işləyir, sonra isə Gəncə Bədən Tərbiyəsi Texnikumuna direktor təyin edilir.

Burada bir il işlədikdən sonra, 1947-ci ilin sentyabrında Bakıya qaytarılır və ADBTİ-nin “Ağır atletika, bosk və güləş” kafedrasına rəhbər gətirilir. O, bu postu tutan ilk azərbaycanlı olur. Sonrakı dövrlərdə kafedraya İlya Odinov, Abbas Ağalarov, Hacı Məmmədov və Şüa Hüseynov rəhbərlik ediblər.

Hacı Əskərov 1948-ci ildə ADBTİİ avto-moto klubunun sədri və ağır atletika kafedrasında müəllim, 1950-ci ildə dekan (həmin ildə Bədən tərbiyəsi və idman əlaçısı fəxri adına layiq görülür), 1955-də qiyabi fakültənin direktoru, 1972-ci ildə pedaqoji fakültənin dekanı işləyib.

Azərbaycan dilində ilk idman dərsliyinin müəllifi olan Hacı Əskərov 1965-ci ildə Respublikanın Əməkdar Məşqçisi, 1962-ci ildə Ümumittifaq, 1965-ci ildə isə Beynəlxalq dərəcəli hakim adına layiq görülüb və buna nail olan ilk azərbaycanlı kimi tarixə düşüb.

Titul dolu həyat və yüzlərlə davamçı

Uzun müddət Respublikanın ağır atletika yığmasının baş məşqçisi olmuş Əskərovun hazırladığı idman və təhsil üzrə mütəxəssislər Azərbaycanın bütün bölgələrində çalışıblar. Onların içərisində Məmməd Üseynov, Vadim Maroçkin, Şüa Hüseynov, Qubad Cəbrayılov, Fərid Eyubov, Aleksey Kostyuçenko, Goyçayda Nazim Orucov, Naxçıvanda Yusif Əhmədov, Sabirabadda Arif skərov, Gəncədə Oleq Luqovski, həmçinin Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov və başqaları var.

Hacı Əskərov “Böyük Vətən Müharibəsində igidliyə görə” (1943-cü ildə) medalı, “Qızıl Ulduz” (1943) ordeni, “Qələbə” (1945, 1950, 1970, 1972), “Əmək veteranı”, “Şərəfli əməyə görə” medallarına layiq görülmüş, SSRİ-də Ali təhsil sahəsində əməyinə görə “İşində əla uğurlar” görə döş nişanı təltif olunmuşdur.

Hacı Əskərov 14 aprel 1987-ci ildə, müalicə üçün getdiyi Kanadada vəfat edib.

Vətəni, xalqı, peşəsini sevən, əsl qəhrəmanlıq nümunəsi olan Əskərov Hacı-Baba Abrek Məşədi Həsən oğlunun keçdiyi çətin və şərəfli həyat yolu gənc idmançılar üçün bir nümunədir. Onun əziz xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Azərbaycan Ağır Atletika Federasiyası

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

“Ağir atletika zamanı” jurnalının xüsusi buraxılışı hazırlanıb
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi yayın orqanı olan “Ağır atletika zamanı – Weightlifting Time” jurnalının xüsusi buraxılışı hazırlanıb. Say Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarına həsr edilib. İngilis dilində hazırlanan jurnalda oxucular Oyunlar barədə ətraflı məlumat ala biləcək, AAAF-ın gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanış olacaq, atletlərimizin iştirak etdiyi yarışlar barədə məqalələri, prezident Cahangir Əsgərovun qonaqlara müraciəti, həmçinin vitse-prezident Azər Əliyevin müsahibəsini oxumaq imkanı qazanacaqlar.

Jurnalın elektron versiyasını aşağıdakı linkdən yükləyə bilərsiniz:

AĞIR ATLETİKA ZAMANI

“Kaspi” qəzeti gənc ağır atlet Kənan Əliquliyevdən “Portret” yazısı yazdı
Azərbaycanın ən məşhur və ən yaşlı qəzetlərindən olan “Kaspi” qəzeti ölkəmizdə gənclərə, xüsusilə də idmançılara dəstək məqsədli yazılarını davam etdirir. 136 yaşlı qəzetin hər həftə yayınlayan “Gənclik” əlavəsində bu dəfə ağır atletlərə yer verilib. “Portret” rubrikasında gənc və perspektivli Kənan Əliquliyev haqqında yazılan yazını sizə təqdim edirik:

Ağır atletlər ailəsinin xələfi – Portret

O, hər dəfə medal qazananda özündən çox, atasına görə sevinir

Azərbaycanda bir çox sənət var ki, atadan oğula keçir. Oğullar atalarından gördüklərini mənimsəyir, onun yolu ilə getməklə, bəzən müəllimlərini belə geridə qoyurlar. Bu, bəzən idmana da şamil olunur. İdmançı da atasının, böyük qardaşının yolunu getməklə, ailədə həmin idman növünü yaşadır, bəzən isə böyüklərinin uğurunu geridə qoyur. Azərbaycanda məşhur şahmatçı, güləşçi, futbolçu, ağır atletlər ailəsi var. Deyəsən, bu siyahıya tezliklə daha bir ailə qoşulacaq. Böyük perspektiv vəd edən gənc idmançı Kənan Əliquliyev də atası Teymur Əliquliyev və böyük qardaşı Elxan Əliquluzadənin yolu ilə inamla irəliləyir.

Qələmdən öncə ştanq

Kənan Əliquliyev 1998-ci il, fevralın 12-də Lənkəranda dünyaya gəlib. Adətən uşaqlar həvəsi olduğu idman növü üzrə məşqlərə yazılır. Yeniyetməlik yaşlarına kimi bir neçə idman növünü sınadıqdan sonra isə öz yolunu müəyyənləşdirir. Kənanda isə belə şans olmayıb. Atası Teymur Əliquliyev ağırlıqqaldırma üzrə məşqçi olduğundan, oğlunu da bu sahədə sınamaq qərarına gəlir. Balaca Kənan cəmi 6 yaşından atasının çalışdığı Uşaq Gənclər İdman Məktəbində ağırlıqqaldırma idman növünün sirlərinə yiyələnməyə başlayır. O, ştanq arxasına keçəndə məktəbə belə getmirdi. Belə deyək, Kənanın əlinə qələmdən əvvəl ştanq dəyir. O, atasının seçiminə əsasən, bu idman növü ilə məşğul olsa da, sonradan özündə də ağırlıqqaldırmaya həvəs yaranır. Onda bu həvəsin yaranmasının digər səbəbi isə özündən 3 yaş böyük qardaşı Elxan Əliquluzadənin uğurları olub. Qatıldığı turnirlərdə uğurları sıralayan Elxan, qardaşının da ştanqdan bərk-bərk yapışmasına səbəb olur.

Gecikməyən uğurlar

Həm atasının dəstəyi, həm də qardaşının uğurlarından ilhamlanan Kənanın uğurları özünü çox gözlətmir. O, elə ilk yarışındaca ölkə çempionu olur. Kənan ölkədaxili yarışlarda qazanılan mükafatların ardından, 9 yaşından Azərbaycan yığmasına da cəlb olunur. Onu yığmaya Nizami Paşayev cəlb edir. Azərbaycanda ağır atletikaya böyük qayğı göstərən “Zirvə” klubunun yaradılması ilə birlikdə, Kənan bu klubun Lənkərandakı bölməsinə yazılır. Onun bir ağırlıqqaldıran kimi yetişməsində bu amil də xüsusi rol oynayır. Bundan sonra da Kənanın ölkədaxili yarışlarda uğurları davam edir.

Ağır zədə, möhtəşəm dönüş

İdmançı karyerasını şahmat taxtasına bənzətmək olar. Burda ağ xanalarla yanaşı, qara xanalar da var və heç də həmişə ağ xanada irəliləmək mümkün olmur. Kənan da “qara xana”dan yan keçə bilmir. O, 13 yaşında ağır zədə alır. Yeniyetmələr arasında keçirilən dünya çempionatından qayıdan idmançı məşq zamanı yol verdiyi səhlənkarlığın qurbanı olur. 120 kq-lıq ştanq onun ayağına düşür və ağır zədə alır. Ayağı sınan Kənan uzun müddət zədəsini sağaltmaqla məşğul olur.

Həmin dövrlər onun karyerasının ən çətin anları olur. Kənanın bu çətin dövrü geridə qoymasında ailəsinin, xüsusilə atasının böyük rolu olur. Təxminən 7-8 ay zədəsinin müalicəsilə məşğul olan Kənan, bundan 6 ay sonra karyerasının ən böyük uğuruna imza atır. O, 2013-cü ildə Litvanıın Klaypeda şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında 2-ci olur. Özünün sözlərinə görə, həmin zədə olmasaydı, yarışı rahatca çempion kimi də başa vura bilərdi.

Dopinqdə “ilişən” kumirlər

Kənan atasının təkidilə ağır atletikanı seçsə də, onun bu idman növündə bəyəndiyi, özünə kumir seçdiyi idmançılar da var. O, uşaq vaxtlarından qazaxıstanlı ağır atlet, ikiqat olimpiya çempionu İlya İlinin pərəstişkarı olub. Kənanın ölkə daxilindəki kumiri isə qardaşı Elxan Əliquluzadədir. Elxandan söz düşmüşkən, Kənandan 3 yaş böyük olan Elxan perspektiv vəd edən ağırlıqqaldıranlarımızdan olub. O, 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında gənclər arasında dünya rekorduna imza atıb. Ancaq maraqlıdır ki, Kənanın kumir kimi baxdığı hər iki idmançı dopinqdə “ilişib”. Həm İlinin, həm də Elxanın nəticələri dopinqə görə ləğv edilib.

Dilmanc olmaq istəyən atlet

Kənan asudə vaxtlarını dostları ilə keçirməyi sevir. O, bundan əlavə, musiqi dinləməyi və film izləməyi də xoşlayır. Hər növ musiqini dinlədiyini deyən Kənanın sevdiyi filmlər isə komediyadır. Onun hobbiləri arasında maşın sürmək də var.

Kənanın kiçik yaşlarından ağırlıqqaldırma ilə ciddi məşğul olması onun dərslərinə də təsir edib. Özünün dediyinə görə, 4-cü sinfə kimi yaxşı oxusa da, sonradan bütün diqqətini idmana kökləyib. “Dərslərə həvəsim yox idi” deyir. Hazırda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan gənc ağır atlet, “başqa sahədə də oxumaq, bir neçə dil öyrənmək istəyərdim” deyir. O, “başqa hansı sahədə təhsil almaq, kim olmaq istərdin” sualına isə “həkim” cavabını verir. Kənanın bu cavabında bəlkə də, ağır atletlərin qorxulu röyası olan zədələrlə mübarizə istəyi də rol oynayır.

“Hər dəfə medal qazananda…”

Kənanın atası və qardaşı ilə yanaşı, bir neçə qohumu da bu idman növü ilə məşğul olub. Ailədə bir neçə nəfərin ağır atletika ilə məşğul olması onun işini bir qədər rahatlaşdırır. Deyir ki, ailədə hamı məni başa düşür. Lakin kiçik olduğu zaman ata nəzarəti ona məhəllədə digər uşaqlar kimi rahat oynamağa imkan verməyib. Belə ki, özünün sözlərinə görə, ata Əliquliyev oğlunun zədə almasından ehtiyat edərək, onu bu cür əyləncələrdən kənarda tutmağa çalışıb. Kənan idmanda atasının dəstəyinin müstəsna rolu olduğunu deyir. 49 yaşı olmasına baxmayaraq, hələ də veteranların yarışlarında ştanq arxasına keçən Teymur Əliquliyev oğlunun ağırlıqqaldıran kimi inkişafında həm məşqçi, həm də bir ata kimi böyük rol oynayıb. Kənan “hər dəfə medal qazananda özümdən çox, atam görə sevinirəm, onun yanımda olması mənə əlavə güc verir” deyir.

Hədəf – İslam Oyunları

Kənanın əsas arzusu böyüklər arasında dünya çempionu olmaqdı. O, “bəs olimpiya çempionluğu” sualına isə “dünya çempionu olsam, olimpiada barədə də düşünmək olar” cavabını verir. Oktyabrda gənclərin Avropa çempionatında ilk üçlükdə qərarlaşmaq da onun əsas hədəflərindəndir. Hazırda isə 19 yaşlı atletin əsas hədəfi mayda ölkəmizdə baş tutacaq İslam Həmrəyliyi Oyunlarıdır. Bu yarışda çıxış etmək üçün isə o, ilk növbədə yığmada yerini möhkəmlətməlidir. Onun bu yolda əsas rəqibi isə Əfqan Bayramovdur. Kənanı İslam Həmrəyliyi Oyunlarına qatılmaq uğrunda 76 kq çəki dərəcəsində 34 yaşlı rəqibi ilə gərgin mübarizə gözləyir. O, bir neçə gün öncə keçirilən Azərbaycan çempionatında özündən 15 yaş böyük rəqibinə cüzi fərqlə (1 kq) məğlub oldu. Lakin İslam Oyunlarına hələ bir neçə ay var və gənc idmançı bu vəziyyəti xeyrinə dəyişərək, paytaxtımızda keçiriləcək mötəbər yarışın iştirakçısı ola bilər. Rəqibindən bir xeyli gənc olması da ona əlavə şans verir.

“Ağırlıqqaldırma mənim həyatımdır”

Kənan “ağırlıqqaldırma mənim həyatımdır, əlimdən ancaq bu gəlir” deyir. Kiçik yaşlarında dəcəl uşaq olan Kənanın formalaşmasında idman müstəsna rol oynayıb. O, “ağır atetika ilə məşğul olduqdan sonra nizam-intizamı, səbr etməyi öyrəndim” deyir. Özünün dediyinə görə, gərgin məşqlərin ardından qazanılan hər çempionluqdan sonra özündə bir rahatlıq hiss edir. Ölkəxarici yarışlarda isə bu rahatlığa fəxr, qürur hissləri də əlavə olunur. Ancaq Kənan karyerasını çox davam etdirmək niyyətində deyil. 6 yaşından ştanq arxasına keçən gənc idmançı “27-28 yaşında karyeramı bitirmək istəyirəm” deyir. Bu da o deməkdir ki, Kənan hədəfə aldığı uğurlara imza atmaq üçün özünə çox qısa vaxt müəyyənləşdirib. Onun planlaşdırdığı hədəflərinə çatmaq üçün cəmi 8-9 il vaxtı var. Kənan karyerasını bitirdikdən sonra isə atasının yolunu davam etdirmək, məşqçi kimi çalışmaq istəyir.

Portreti

Səmimi, ünsiyyətcil, əzmkar, həvəsli – Kənanın portretini yaradarkən bu xüsusiyyətlər ön plana çıxır. Öz gücünə inanan, heç nədən çəkinməyən gənc ağır atletdə daha böyük uğurlara imza atmaq üçün potensial var. Onun digər müsbət xüsusiyyəti isə əzmkarlığıdır. Yeniyetmə yaşlarında ağır zədədən qayıtdıqdan sonra Avropa çempionatının “gümüş”ünə yiyələnən Kənan üçün bu il, böyük uğurlara doğru ilk addımı atmaq baxımından sınaq olacaq.

Niyazi: Maestro və ağır atlet!
Hamımız onu məşhur azərbaycanlı dirijor və bəstəkar kimi tanıyırıq. Söhbət dahi şəxsiyyət, böyük istedad sahibi olan Maestro Niyazidən gedir. Ancaq sizin onun haqda bilmədiyiniz çox maraqlı bir məqam vardı.

1912-ci il avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsindən anadan olan Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov, və yaxud sadəcə Niyazi, “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və digər musiqi əsərlərinin müəllifidir.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və “Çitra” baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.

Ancaq… Heç siz Maestronun həm də güclü ağır atlet olduğunu bilirdinizmi? Onun uşaq ikən hərbçi olmağa hazırlaşdığını, kadet məktəbində dərs aldığından xəbəriniz vardımı? Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı olan Maestro həm də güclü ağırlıqqaldıran olubmuş. Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordunu vurmuşdu. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro, buna baxmayaraq idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra – 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. Ovaxtlar bu vəzifə başqa cür adlanırdı – Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək etmişdir. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır: “O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika ilə məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”.