2017 – Azərbaycan Ağır Atletika Federasiyası

Ravin Alməmmədov qüvvəsini sınadı
İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir. Yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir. Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılıb.

Bu gün onlardan daha biri – Ravin Alməmmədov körpücük üzərinə qalxıb. O, 81 kq çəki dərəcəsində çıxış edib.

Atletimiz toplam 326 kq (145+181) nəticə ilə 9-cu yeri tutub.

YIĞMA KOMANDAMIZ AVROPANIN ƏN YAXŞILARINDAN OLDU!
15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb. Turnirdə geniş heyətlə çıxış edən komandamız uğurlu çıxışlarla yadda qalıb.

Atletlərimiz toplam 18 MEDAL – 8 QIZIL, 5 GÜMÜŞ və 5 BÜRÜNC – qazanaraq ən yaxşılar sırasında yer almağı bacarıblar. Qızlarımızdan Nuray Əbilova 1 gümüş (U-15, 40 kq), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kq), oğlanlardan isə Kamran Xappayev 3 qızıl (U-15, 61 kq), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kq), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kq), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kq), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kq) 1 gümüş və 2 bürünc medal qazanıblar. U-15 yaş qrupunda birdən-birə 3 idmançımız toplamda qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ki, bu da tarixi uğurdur. 2018-ci ildə İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində yaş qruplarında komandalarımız ayrılıqda 2 qızıl medal qazanmışdı. Bundan başqa, Milanda oğlanlardan ibarət U-15 komandamız cəmi 13 medal qazanmışdısa, bu dəfə bu rəqəm 15-ə qalxıb.

Yuxarıda qeyd olunan nəticələrə əsasən, yığma komandaların Avropa reytinqi müəyyən edilib. Burada Azərbaycan komandası növbəti uğura imza atıb. Belə ki, yığmamız 15 YAŞA QƏDƏR atletlər arasında AVROPA birinciliyinin KOMANDA HESABINDA 2-Cİ YERİ TUTUB. Komandamız toplam 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.

İdmançılarımız Avropa birinciliyində fərdi uğurlarla da fərqləniblər. Burada ən güclülər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Nuray Əbilova yaşı 15-ə qədər qızların yarışında toplam 106 kq nəticə və 447,82 xalla Avropa birinciliyinin 10 ƏN YAXŞI ATLETİ sırasında yer alıb.

Oğlanlarda bu yaş qrupunda 2 idmançımız ən yaxşılardan olub. 73 kq çəki dərəcəsində çıxış edən İsa Əliyev toplam 249 kq çəki ilə 488, 13 xal toplayaraq Avropa birinciliyinin ən yaxşıları sırasında 4-cü yeri tutub. 61 kq çəki dərəcəsində çıxış etmiş KAMRAN XAPPAYEV isə toplam 227 kq nəticə və 522,42 xalla AVROPA birinciliyinin ƏN YAXŞI İDMANÇILARI sıralamasında 2-Cİ PİLLƏDƏ qərarlaşıb.

Bu tarixi uğur münasibətilə Azərbaycan yığma komandasının bütün üzvlərinə – idmançılar, məşqçilər, texniki heyət, rəhbərlik – təşəkkür edir, əməklərinə görə minnətdarlığımızı bildirir, qarşıdakı yarışlarda daha da böyük nəticələr qazanmalarını arzulayırıq!

TƏBRİKLƏR, AĞIRLIQQALDIRMA AİLƏSİ! TƏBRİKLƏR AZƏRBAYCAN!

Ömər Cavadov qüvvəsini sınadı
31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib və 12-ci yeri tutub.

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib
16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçıları və qonaqlara federasiyanın prezidenti Kamran Nəbizadənin salamlarını çatdırıb. O, hər kəsə təşrif buyurduqları üçün təşəkkürünü bildirib. Umudov ölkəmizdə idmanın inkişafından danışıb, idmana dövlət tərəfindən ən yüksək səviyyədə – Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı göstərildiyini qeyd eib. Bildirilib ki, məhz bu diqqətin sayəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı fəxrlə dalğalandırır, zirvələri fəth edirlər.

Firdovsi Umudov Azərbaycan ağırlıqqaldırma idman növündə də uğurlar qazanıldığını, son olaraq bir neçə gün əvvəl keçirilən Qətər Qran-Prisində Dadaş Dadaşbəylinin çempion olduğunu xatırladıb. Startı verilən Azərbaycan Kubokunun böyük əhəmiyyəti daşıdığını bildirən Firdovis Umudov, bu turnirlər vasitəsilə neçə-necə çempionlar, qaliblərin yetişəcəyinə əminliyini vurğulayıb.

Daha sonra Azərbaycan Kuboku açıq elan edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda mərasimin bədii hissəsinə keçilib. Burada tanınmış estrada ulduzları, tanınmış müğənnilər Samir Cavadzadə, Çinarə Məlikzadə və skripkaçı Ramil Həsənov çıxış edərək xoş ab-hava yaradıb, qonaqlara əyləncə və istirahət imkanı yaradıblar.

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.

Paşa İbrahimlidən 2 yeni Azərbaycan rekordu!
28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

İlk olaraq 67 və 73 kq çəki dərəcələrində mübarizə aparan atletlər qaliblərin adına aydınlıq gətirib.

67 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Tehran Məmmədov qızıl medala sahib çıxıb. Sonrakı pillələri müvafiq olaraq toplam 256 kq (117+139) nəticə ilə Qasım İsmayılov və 255 kq (117+138) nəticə ilə Fuad Həsənov tutublar.

73 kq çəki dərəcəsində isə Paşa İbrahimli çox uğurlu çıxış edib. O, toplam 307 kq (141+166) nəticə göstərərək bu çəkidə qızıl medala sahib çıxıb. Bu çıxış həm də 2 yeni rekordla əlamətdar olub. Paşa İbrahimli birdən qaldırma hərəkətində 141 kq, toplamda isə 307 kq-lıq nəticələrlə Azərbaycan rekordlarını yeniləyib.

67 kq

N

Adı

İl

Şəhər /

Rayon

Təmsil etdiyi

idman təşkilatı

Birdən

Təkanla

Toplam

1.

Tehran Məmmədov

2002

Qobustan

“Buta” İK

125

151

276

2.

Qasım İsmayılov

2005

Qazax

“Göyəzən” AAK

117

139

256

3.

Fuad Həsənov

2003

Lənkəran

“Zirvə” İK

117

138

255

4.

Turan Əliyev

2007

Sumqayıt

İOEUGİŞM-1 / “Təhsil” RİM

112

129

241

5.

Kənan Rəhimov

2004

Gəncə

ADAU

95

130

225

6.

Akif Abdullayev

2007

Abşeron

“Zirvə” İK

95

118

213

7.

Yunis Bayramov

2008

Sumqayıt

İOEUGİŞM-1 / “Təhsil” RİM

90

105

195

8.

Möhlət Hacıyev

2006

Lənkəran

UGİM / Gİİ

91

102

193

9.

Ömər Allahverdiyev

2005

Şamaxı

“Cəngi” AAK

81

95

176

73 kq

N

Adı

İl

Şəhər /

Rayon

Təmsil etdiyi

idman təşkilatı

Çəkisi

Birdən

Təkanla

Toplam

1.

Paşa İbrahimli

1995

Lənkəran

“Zirvə” İK

72.6

141*

166*

307*

2.

Ruslan Həsənov

2000

Gəncə

ADAU

72.9

115

142

258

3.

Həsənağa Sahibov

2002

Qobustan

“Buta” İK

69.20

117

140

257

4.

Makhmut Kadyrov

2006

Samux

“Bəhrə” İK

71.65

118

138

256

5.

Emin Əkbərov

2005

Lənkəran

UGİŞM / “Təhsil” RİM

70.90

111

140

251

6.

Nihat Vəliyev

2006

Gəncə

UGİŞM-1 / “Təhsil” RİM

69.50

108

126

234

7.

Dilavər Süleymanov

2006

Bakı

“Hercules” İK

72.6

101

125

226

8.

Emil Quliyev

2006

Bakı

“Təhsil” RİM

68.35

100

120

220

9.

Fərid Mərdanov

2006

Sumqayıt

“Olimp” İK

69.45

90

108

198

MƏLUMAT
İnam Kərimovun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti kimi fəaliyyəti dayandırılıb. Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.

Ravin Alməmmədov Avropa birinciliyində mübarizə apardı
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlardan biri, “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıb.

İdmançımız birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 157 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.

Toplam 282 kq (125+157) nəticə göstərən Ravin Alməmmədov yekun sıralamada 5-ci yeri tutub.

Rahilə Hüseynzadə Avropa birinciliyində çıxış etdi
10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Komandamızdan son olaraq körpücük üzərinə Rahilə Hüseynzadə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 76 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız toplam 182 kq (82+100) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.

Texniki Rəsmilər üçün IWF-in beynəlxalq vebinarı keçirilib
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) öz Texniki Komitəsi ilə birlikdə fransız, rus və ərəbdilli texniki rəsmilər üçün vebinar təşkil edir. Burada hakimlik, yarışların təşkili qaydalarında yeniliklər, müasir tələblər, həmçinin digər mövzular barədə danışılır.

Azərbaycanda fəaliyyət göstərən ağır atletika texniki rəsmiləri də bu vebinarda iştirak ediblər. Onlar bu gün rusdilli versiyaya dinləyici qismində qatılıblar. Vebinarın tam videoyazısına aşağıdakı keçiddə baxa bilərsiniz:

9 May – Qələbə günüdür!
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Faşizm üzərində qələbədə rolu olan baba və nənələrimizdən yaşayanlara uzun ömür can sağlığı arzulayır, dünyasını dəyişmişlərin ruhun qarşısında baş əyirik. Bu böyük qələbənin istər Azərbaycan, istərsə də dünya miqayasındakı əhəmiyyəti böyükdür. Bizlər bunu anlayır, dəyər veririk!

Bayramınız mübarək!