AAAF.AZ – Azərbaycan Ağır Atletika Federasiyası

Yeni iliniz mübarək!
Sizi, bu gün başlayan 2020-ci il münasibətilə təbrik edirik. Arzu edirik ki, bu siçovul ili hamımız üçün düşərli, xoş xəbərlərlə dolu il olsun. Ailənizə sağlamlıq və xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, hər yeni günün gözəl anlarla gəlməsini diləyirik.

Bayramınız mübarək!

DAVAM EDƏN İŞLƏR

AAAF Cənab İlham Əliyevi təbrik edir!
Aprel ayının 11-də keçirilən prezident seçkilərində Cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, böyük səs çoxluğu ilə inamlı qələbə qazanıb.

İlham Əliyev daima Azərbaycan xalqının yanında olub və onun rifahının yüksəldilməsi üçün böyük əmək sərf edib. Uzun illərdir sürən əmin-amanlıq, sabitlik, davamlı inkişaf dövlət başçısının gördüyü işlərin nəticəsidir. İstər daxili, istər xarici siyasətdə əldə edilən uğurlar, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, təhsil, tibb, hüquq, sənaye və digər sahələrdəki inkişaf, insanların həyat səviyyəsinin daima yüksəlməsi istiqamətin doğru seçildiyini göstərir.

Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası bütün zirvələri fəth etməyə iddialıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin layiqli şəkildə davam etdirdiyi idman siyasəti də özünü artıqlaması ilə doğruldub. Artıq Azərbaycan bir idman ölkəsidir və bütün dünya bunu bilir və qəbul edir.

Dünya və Avropa çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda əldə edilən minlərlə medallar, qazanılan böyük qələbələr, həmçinin ölkəmizdə dünya səviyyəli idman yarışlarının ən yüksək səviyyədə təşkil olunması deyilənlərin bariz nümunəsidir.

Azərbaycanda həqiqətən də böyük bir idman ölkəsidir və zirvələrə doğru addımlamaqdadır. Prezident İlham Əliyevin seçkilərdə əldə etdiyi qələbə Azərbaycan xalqının ona inamının göstəricisidir. Xalq öz liderini dəstəklədiyini, ölkənin dayanıqlı çiçəklənməsinə və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinə yüksək etimadını növbəti dəfə nümayiş etdirdi.

Biz, Azərbaycan Ağır Atletika Federasiyası olaraq dövlət başçımız, Cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona işində uğurlar arzulayırıq. Əminik ki, onun rəhbərliyi altındakı növbəti 7 ildə Azərbaycan yeni inkişafın mərhələsinə qədəm qoyacaq, öz qələbə yolunu davam etdirəcəkdir.

Ağazaman Əliyev
Doğulduğu tarix: 01.02.1993

Tarix

Yarış

Məkan

Çəki

Birdən

Təkanla

Toplam

1

2

3

1

2

3

2010-05-18

EC

Valencia

ESP

94.70

110.0

115.0

115.0

12

140.0

151.0

151.0

11

261.0

11

296.1

Təbrik edirik!
Bu gün Azərbaycan ağır atletikasının tanınmış siması, müstəqilllik dövründə beynəlxalq yarışlarımızın ilk iştirakçısı Təranə Abbasovanın ad günüdür. Beynəlxalq dərəcəli idman ustası, Respublika dərəcəli hakim olan mütəxəssisimizin 50 yaşı tamam olur. Hazırda qadınlardan ibarət yığma komandamızın məşqçisi kimi çalışan yubilyar xanımı təbrik edir, ona bütün işlərində uğurlar, xoşbəxtlik arzulayırıq. Azərbaycan Ağır Atletika Federasiyası olaraq, ölkəmizdə qadın ağır atletikasının inkişafı üçün səmərəli fəaliyyətinə görə təşəkkür edirik. İnanırıq ki, idmançı kimi qazandığınızı uğurlar və təcrübənizi yeni nəslə aşılaya biləcək, ölkəmizin ağır atletikasının uğurlarında pay sahibi olacaqsınız.

Təranə Abbasovanın karyerası ilklərlə doludur.

– 1991-ci ilin mayında tanınmış atlet Qriqori Novakın xatirəsinə həsr olunmuş beynəlxalq ağır atletika turnirində iştirak edərək qalib adını qazanıb. Bu, müstəqillik tariximizdə ilk belə çıxış və uğur idi.

– 1994-cü ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında körpücüyə çıxıb. Bu, Azərbaycan tarixində bir ilk olub.

– 1996-cı ilin noyabrında Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında birdən qaldırma hərəkətində bürünc medal əldə edib. Bu, qadın ağır atletika tariximizdə bir ilkdir.

– 2000-ci il Sidney Olimpiadasının iştirakçısıdır. Bu səviyyədə çıxış edən ilk qadın ağır atletimizdir.

Bununla yanaşı, peşəkar atlet kimi müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş Təranə Abbasova, veteran atletlər arasında beynəlxalq yarışlarda da iştirak edib. O, 2012-ci ilin Avropa çempionu, 2014-cü ildə Dünya Kubokunun və 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

Həmrəylik Gününüz mübarək!
31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”dür!

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurət və mənəvi ehtiyaca çevrilib.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər edir. Bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Bayramınız mübarək olsun!

Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 55 yaşı tamam olur. Azərbaycan Ağır Atletika Federasiyası ölkə idmanına, həmçinin ağır atletikaya daima dəstəyini etdirmiş cənab prezidenti yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində həmişə daima uğurlar arzulayır!

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

Paşa İbrahimli Avropa çempionatında 5-ci oldu
İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər kişilər arasında 69 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin, İslam Oyunlarının qalibi olmuş İbrahimli birdən qaldırma hərəkətində 131 kq-ı ram edib və bu hərəkətdə 4-cü yeri tutub.

Atletimiz təkanla qaldırma hərəkətində 156 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 5-ci yeri tutub.

Toplamda 287 kq (131+156) nəticə göstərən İbrahmli Avropa çempionatında 5-ci yeri tutub.