Cahangir Əsgərov yenidən Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildi

Bu gün AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Hesabat-Seçki Konfransı keçirilib. İcraiyyə Komitəsi tərəfindən Azərbaycan Ağır Atletika Federasiyasinin nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq 4 illik (2013-2016) Olimpiya dövrü başa çatdığına görə Hesabat-Seçki Konfransının keçirilməsi haqqında qərar qəbul olunmuşdu. Şəhər və rayon idman cəmiyyətləri, idman klubları, idman məktəbləri və AAAF-ın bütün üzvləri Konfransda iştirak edərək mandat əldə ediblər. Onlardan 68 nəfərin səsvermədə iştirak etmək hüququ olub.

Konfransı Azərbaycan Gənclər və İdman Nazirlinin müavini İsmayıl İsmayılov giriş sözü ilə açıb. O, Azərbaycanda idman, həmçinin bütün digər sahələrə dövlət rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyi, bunun nəticəsində inkişafa nail olunduğunu qeyd edib. O, idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini, bayrağımızı beynəlxalq yarışlarda dəfələrlə qaldırdığı, himnimizin səsləndirildiyini bildirib. İsmayılov deyib ki, Azərbaycanda 2016-cı ildə Avropa və dünya çempionatları həmçinin digər beynəlxalq yarışlar keçirilib. O əlavə edib ki, Olimpiya və qeyri-Olimpiya idman növlərində ümumilikdə 837 medal əldə olunub.

Daha sonra söz vitse-prezident Tofiq Heydərova verilib. O, son illərdə ağır atletikada baş verən hadisələr, yaranan problemlər, həmçinin əldə olunan böyük uğurlar barədə danışıb, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şərait yaradıldığını qeyd edib. O, Azərbaycanın daxili yarışlarının Avropa çempionatları səviyyəsində təşkil olunduğu, maliyyə dayaqlarının möhkəmləndirildiyini bildirib.

Mandat Komissiyasının adından baş katib Rizvan Rəsulov çıxış edib. O, ölkənin bütün regionlarından nümayəndələrin Konfransa dəvət olunduğunu, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini bildirib.

Daha sonra səsverməyə keçilib. Yeganə namizəd olaraq Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, AZAL Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov göstərilib. Onun namizədliyi yekdilliklə dəstəklənib.

Sonda AAAF-ın Rəyasət Heyəti səsə qoyulub, 25 nəfərlik heyət yekdil səsvermə ilə təsdiqlənib.

Rəyasət Heyəti daxili iclasda AAAF İcraiyyə Komitəsi, vitse-prezidentlər, həmçinin digər komitələrin tərkibi müəyən edilib, səsvermə nəticəsində təsdiqlənib.

Federasiyanın bütün bu qurumlarının tərkibi haqqında aşağıdakı kimidir:

İcraiyyə Komitəsi
1. Cahangir Əsgərov – prezident
2. Rizvan Rəsulov – baş katib
3. İsmayıl İsmayılov – vitse prezident
4. Azər Əliyev – vitse-prezident
5. Ruslan Xanverdiyev – vitse-prezident
6. Tofiq Heydərov – vitse-prezident
7. Elxan Əliyev – icraçı direktor

Rəyasət Heyəti
1. Cahangir Əsgərov (AZAL QSC-nin Prezidenti)
2. İsmayıl ismayılov (AZ. GİN-nin 1-ci müavini)
3. Azər Əliyev (MOK-un baş katibinin müavini)
4. Tofq Heydərov (AAAF Holdinqin prezidenti)
5. Ruslan Xanverdiyev (AAAF-İnşaat MMC-nin direktoru)
6. Rizvan Rəsulov (Zirvə İSC-nin direktoru)
7. Elxan Əliyev (AZAL prezidentinin köməkçisi)
8. Natiq Ağayev (VAA İB-nin sədri)
9. Vahid Nəzərov (Təhsil İM-in baş məşqçisi)
10. Fəxrəddin İsmayılov (GİN-in mütəxəssis)
11. Əli Nəbiyev (AAAF Park MMc-nin direktoru)
12. Fəxri Ağayev (AAAF Holdinqin vitse-prezidenti)
13. Rafiq Zülfüqarov (Xaçmaz OK-nın direktoru)
14. Şüa Hüseynov (AAAF-ın fəxri vitse-prezidenti)
15. Rəşad Əliyev (AAAF Media MMC-nin direktoru)
16. Məmmədli Oruc (GİN əməkdaşı)
17. Azad Mustafayev (Beynəlxalq dərəcəli hakim)
18. Qadir Babayev (Beynəlxalq dərəcəli hakim)
19. Yavər Hacıyev (Spartak İC-nin sədri)
20. Raqif Abbasov (Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi)
21. Rəşad Quliyev (Ordu İdman Klubunun rəisi)
22. Fikrət Adıgözəlov (İdman Azərbaycan TV-nin şöbə müdiri)
23. Hüseyn Səfərov (Eleiko şirkətinin ümayəndəsi)
24. Məmmədov Rahid (AAAF Construction MMC-nin direktoru)
25. Əsgərov Cəmil (Ağır Atletika Akademiyasının direktoru)

Katiblik
1. Kənan Məstəliyev (mətbuat katibi)
2. Elnarə Təhməzova
3. Şəhla Hüseynova
4. Zərifə Rəsulova
5. Rüfət Nadirli (AAAF TV)

Təftiş Komitəsi
1. Solmaz Əliyeva
2. Nailə Babayeva
3. Əli Nəbiyev

Regionlar Üzrə Komitə
1. Oktay Muxtarov (Abşeron)
2. Mikayıl Abbasov (Cənub)
3. Kərim Kərimli (Qərb)
4. Şəfi Hüseynov (Naxçıvan)
5. Rauf Quliyev (UGİM-lər üzrə)

Məşqçilər Şurası
1. Tofiq Heydərov
2. Maksum Xasanov
3. Asif Məmmədov
4. Soltan Kərimov
5. Anar Qasımov

Hakimlər Kollegiyası
1. Azad Mustafayev
2. Vahid Nəzərov
3. Qadir Babayev
4. Məmməd Məmmədov
5. Elxan Süleymanov

Tibbi Komitə
1. Fuad Zeynalov
2. Məryəm Səfirxanova
3. İsmixan Qardaşzadə
4. Kamal Ələkbərov
5. İlham Məmmədov

Veteranlar Şurası
1. Natiq Ağayev
2. Məmməd Useynov
3. Asif Məlikov
4. Vladimir Jilyayev
5. Akif Alıyev

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
Paylaş
Şərh yaz