Bakı 2017: Çıxışlarımıza Elmar Alıyev start verdi

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Bu gün – ilk yarış gününə çəkisi 56 kq olan kişilər start veriblər. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edir.

Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.

Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.

Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutdu.

Bütün nəticələrlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

56 kq

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
Paylaş
Şərh yaz