Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazandı!

 

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan sonuncusu – Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Təbrik edirik!

Federasiyamız Milli Olimpiya Komitəsinin xüsusi mükafatlarına layiq görülüb

Aprel ayının 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova və digər qonaqlar, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəsmi çıxışlar və bədii hissədən sonra festivalın qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı Milli Olimpiya Komitəsinın xüsusi mükafatlarına layiq görülən videoçarxlar da elan edilib. Belə ki, “Gələcəyin qalibləri” nominasiyasında “Lənkəranda ağır atletika dərsləri” və “Zərif qəhrəman” nominasiyasında “Təkan ver – Elnarə Abbasova” tanıtım çarxları xüsusi mükafata layiq görülüb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Prezidenti Kamran Nəbizadə səhnəyə dəvət edilib və təltif olunub. Mükafatı ona MOK-un baş katibi Azər Əliyev təqdim edib.

Əli Şükürlü də Dünya Kubokunda çıxış etdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə qalxıb. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 377 kq (167+210) nəticə göstərib və yekun sıralamada 13-cü yeri tutub.

Ömər Cavadov qüvvəsini sınadı

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib və 12-ci yeri tutub.

İsa Rüstəmov Dünya Kubokunda iştirak etdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan biri – İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib və 16-cı yeri tutub.

Nazilə İsmayılova Dünya Kubokunda çıxışlarımıza start verdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.
Onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində 5-ci yeri tutub.

Firdovsi Umudov Konqresdə iştirak edib

Mart ayının 30-da Tailandın Phuket şəhərində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Xüsusi Konqresi keçirilib. Təbdirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris 2024 Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.

Firdovsi Umudov IWF prezidenti Mohəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə də görüşlər keçirib. Bu görüşlər zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.

Antidopinq seminarı keçirilib

Mart ayının 28-də ASK Arenanın Konfrans zalında Azərbaycan Ağırlıqqaldırma Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib. Tədbirdə bütün yaş qrupları üzrə yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov aparıb.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağab olunmuş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak edib, onlara maarifləndirici buklet və kitabçalar paylanıb.

Yığmamız Dünya Kubokunda iştirak edəcək

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku keçiriləcək. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Heyət aşağıdakı kimidir:

Qadın: Nazilə İsmayılova (45 kq);

Kişilər: İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi – 73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib

 

Mart ayının 15-də ASK Plazanın Konfrans zalında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Ümumi Yığıncağı keçirilib. Tədbirdə AAF-ın prezidenti Kamran Nəbizadə, vitse-prezidentlər Mirsəməd Mövsümzadə və Firdovsi Umudov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın üzvləri, mütəxəssislər və digər qonaqlar iştirak ediblər.

Kamran Nəbizadə giriş sözü ilə çıxış edib. Cənab Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlar qazandığını bildirib. Ağırlıqqaldırma idman növünə də verilən dəstək nəticəsində mütəmadi qələbələr əldə edildiyini qeyd edib və 12-20 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medala layiq görülən Dadaş Dadaşbəylinin nailiyyətini vurğulayıb. Nəbizadə federasiya tərəfindən nəticələrin daha da yaxşılaşdırılması üçün kütləviliyin artırılması və bunun xüsusilə regionlarda edilməsi, həmçinin ağırlıqqaldırmanın inkişafı istiqamətində bütün digər çalışmaların edildiyini, yeni klubların yaradılması, mövcud klublara dəstək verilməsi yolu ilə inkişaf xəttinin seçildiyini və bu yolda inamla irəlilədiklərini qeyd edib. Avropa və Beynəlxalq Ağırlıqqaldırma Federasiyaları ilə də əlaqələrin möhkəmləndirildiyi, xüsusilə antidopinq siyasəti məsələlərində həmrəy addımların atıldığı, bunun qeyd olunan qurumlar tərəfindən təqdir olunduğu bildirib.

Sonra gündəlikdəki məsələlərə keçilib və bir sıra qərarlar qəbul olunub. AAF-ın İdarə Heyətinin üzvləri Nihatbəy Məmmədli və Anar Hüseynovun işlərinin çoxluğu səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müraciətlərinə baxılıb. Ümumi Yığıncaq bu müraciəti qəbul edib. Onların yerinə İdarə Heyətinin üzvü vəzifəsinə Maksim Cavadov və Fəxri Mehdiyev seçiliblər.

Daha sonra Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilib. Gündüz Məmmədov quruma sədr, Bilal Məhərrəmov və Telman Şükürlü isə üzv seçiliblər.

Sonda federasiya üzvlərinin, ağırlıqqaldırma mütəxəssislərinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Azərbaycan birinciliyinə ağırçəkililərin mübarizəsi ilə yekun vuruldu

 

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.

Günün son qalibləri ağırçəkili atletlər arasında müəyyən edilib. 96 kq çəki dərəcəsində toplam 252 kq (115+137) nəticə ilə Muhammədəli Məmmədzadə, 102 kq çəki dərəcəsində toplam 188 kq (83+105) nəticə ilə Sultan Sultanov və +102 kq çəki dərəcəsində toplam 210 kq (90+120) nəticə ilə Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar.

Təbrik edirik!

 

96 kq.

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Muhammədəli Məmmədzadə 2010 Qazax UGİM-Göyəzən 90.74 115 137 252
2. Yaşar Qurbanov 2007 Bakı “Spartak” KBTİC 90.83 103 137 240
3. Həsən Babayev 2007 Şərur Naxçıvan/Şərur 91.43 108 131 239
4. Nihad Daşdiyev 2007 Bakı “Spartak” KBTİC 89.90 80 112 192
5. Tunar Şahpələngov 2008 Neftçala UGİM / ARGİN 90.43 73 88 161

 

102 kq.

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Sultan Sultanov 2009 Abşeron “Zirvə” İK 97.53 83 105 188
2. Hüseyn Hüseynov 2009 Lənkəran UGİŞM / “Təhsil” RİM 98.40 84 95 179
3. Rəbbani Niftəliyev 2008 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 100.27 80 95 175
4. Barat Atababayev 2008 Qobustan UGİM / ARGİN 96.80 50 62 112
5. Həsən Qlinçev 2011 Sumqayıt “Olimp-77” İK 100.29 47 54 101

 

+102 kq.

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Sadiq Əliquliyev 2009 Lənkəran “Zirvə” İK 150.0 90 120 210

 

 

Hüseyn Heydərov rəqiblərini üstələdi

 

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində son yarış günü davam edir. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

89 kq çəki dərəcəsində Hüseyn Heydərov fərqlənib. Lənkəranlı atlet üstün performans nümayiş etdirərək qələbə qazanıb. O, toplam 260 kq (120+140) nəticə ilə qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 251 kq (115+136) nəticə ilə Aslan Əmiraslanov və toplam 220 kq (105+115) nəticə ilə Səbuhi Baxşıyev tutublar.

Təbrik edirik!

 

89 kq.

 

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Hüseyn Heydərov 2008 Lənkəran UGİŞM / “Təhsil” RİM  81.30 120 140 260
2. Aslan Əmiraslanov 2009 Qazax UGİM-Göyəzən 87.60 115 136 251
3. Səbuhi Baxşiyev 2008 Bakı RİOEUGİM-1 / “Təhsil” RİM 85.30 105 115 220
4. Səidnur Musalı 2009 Qobustan UGİM / ARGİN 87.63 66 85 151
5. Elxan Məmmədov 2007 Goranboy UGİM / ARGİN 85.40 61 80 141
6. Hüseynəli İbrahimov 2007 Bakı İOEUGİM-5 / “Təhsil” RİM 83.55 107 0